Online SMS Yazmaq Ucun Qeydiyyatdan Kecin!
| Forum | Mövzu | Müəllif | Cavablar | Baxılıb | Tarix | Son mesaj |
| Əyləncə | Soz oyunu | Nilufer | 75 | 418 | Bu gün, 14:44 | ROONEY |
| Ordan Burdan | YuXaRDakı NəYi iLə MəHşuRDu | .:.EcLiPsE.:. | 20 | 44 | Bu gün, 14:41 | ROONEY |
| Əyləncə | Hansı marşrut? | Kent_4 | 1 | 2 | Bu gün, 14:39 | ROONEY |
| Əyləncə | MaÇ yoxsa Şillə | persiangirl | 28 | 916 | Bu gün, 14:36 | ROONEY |
| Əyləncə | Cümləni tamamla | Music_girl | 20 | 70 | Bu gün, 14:29 | ROONEY |
| Əyləncə | Asagidaki userin basina goyden ne duwsun? | sade-gozel | 331 | 2250 | Bu gün, 13:42 | Music_girl |
| Ordan Burdan | Üstdəki user əlini tutsa. | Music_girl | 9 | 21 | Bu gün, 13:42 | Music_girl |
| Ordan Burdan | USTEKI USER COX... | Music_girl | 10 | 20 | Bu gün, 13:41 | Music_girl |
| Ordan Burdan | Axirinci defe neye gore aglamisiz?, | KurQAN | 93 | 1336 | Bu gün, 13:41 | Music_girl |
| Sevgi | Mənə aşiq ola bilərsən??? | КурГАН | 37 | 1036 | Bu gün, 13:40 | Music_girl |

Oxşar mövzular:
Günün qoroskopu(05.02.2012) Bürclər iyulda nə vəd edir? Günün qoroskopu 11.08.2011 Bürclər Noyabr ayı üçün nə deyir? Günün qoroskopu 01-08-2011
Gerİ dön
| Günün qoroskopu(04.02.2012) |
![]() Fikir mübadiləsi, müzakirələr üçün uyğun vaxtdır. İstənilən görüşü rahatlıqla təyin etmək olar: onlar gözlənildiyindən də yaxşı keçəcək. Adətən ünsiyyətdən qaçan adamlar da bu gün dost məclisi axtaracaqlar. Eşq macəraları asanlıqla başlayır. Hər kəs – ən yüngülxasiyyət və ən ağıllı, yalnız beyninin əmrlərinə qulaq asanlar belə, günün ikinci yarısı başlarını itirə bilərlər. Gün, həmçinin ev işləri üçün də münasibdir. Monoton, detallarınadək bəlli iş emosional sabitliyə zəmanət verir. Maliyyə vəziyyəti də pis deyil, lazım olmayan xərclərdən qaçmaq mümkündür. Məişət texnikası bilinməyən səbəbdən sıradan çıxa bilər. Qoç – Günün birinci yarısını vacib problemlər haqqında düşüncələrə sərf edin. Ən mürəkkəb məsələləri götür-qoy edə, çox hiyləgər planlar qura bilərsiniz. İntellektual potensialınız yüksəkdir. İstənilən təmas üçün də yaxşı vaxtdır, çünki intuitiv olaraq kimə nəyi deməyi və nəyi vəd etməyi gözəl bilirsiniz. Pərəstişkarlarınızın sayı durmadan artır. Nikahda olan Qoçlar isə özləri də istəmədən həyat yoldaşlarının əlinə qısqanclıq üçün bəhanə verə bilərlər. Günün ikinci yarısı isə ürəkaçan deyil. Bəzi Qoçlar əsəbi, bəziləri isə əzgin olacaqlar, bu müddətdə kimsənin sizə yaxın düşməməsi məsləhətdir. Buğa - Xoş, maraqlı və hadisələrlə dolu gündür. Bütün işlərin öhdəsindən tez gəlirsiniz. Yeni bir probleminiz ortaya çıxmır, odur ki, narahat olmağa da əsas yoxdur. İstedadlarınız, xüsusilə də əvvəllər heç kimin sezmədiyi bacarıqlarınız üzə çıxır. Yeni nə isə öyrənmək istəyirsiniz? Bu gün əsl vaxtıdır. Günün ikinci yarısı qarşı cinsdən olan insanlarla ünsiyyət üçün əlverişlidir. Siz qədərində təşəbbüskarlıq edirsiniz, kimsənin sizin qırsaqqız olduğunuza, öz fikrinizi yeritməyinizə dair narazılığı olmayacaq. Əkizlər – Görüşlər üçün əla gündür. Çox məlahətli və cazibədarsınız. Hər kəs sizinlə ünsiyyətdən məmnun qalacaq. Yeni tanışlıqları asanlıqla qurursunuz. Əgər şəxsi həyatınızda dəyişiklik istəyirsinizsə, bu günü evdə keçirməyin. Axşama doğru isə əhvalınız dəyişəcək. Bu dövrdə xoş olmayan xəbərlər ala bilərsiniz. Unutmayın: istənilən məlumatı yoxlamaq lazımdır, bu gün siz deyilən hər sözə inanırsınız. Şayiə yaymaqda ad çıxaran adamlarla ünsiyyətdən qəti surətdə qaçın. Xərçəng – Günə başlayarkən diqqətli və səliqəli olun. Xırda detallara, əhəmiyyətsiz faktlara fikir verin. Diqqətsizlik, ətraf aləmdən təcrid olunmağınız, hadisələrə barmaqarası, laqeydliklə baxmağınız isə sizə həm işdə, həm şəxsi həyatınızda ciddi problemlər yarada bilər. Yaxınlarınızı tələsdirməyin. Hadisələr istədiyinizdən daha ləng inkişaf edir, amma bununla barışmalısınız. Axşama doğru yaradıcı potensialınız artacaq. Yeni ideyalarınız peyda olacaq. Ancaq bir çətinlik var – emosional durumunuz sabit deyil, boş işlərə görə məyus olur, yaxınlarınızdan küsür və özünüzə inamınızı itirirsiniz. Şir – Səhər çağı faydalı işlə, özü də çoxlu insanın əhatəsində məşğul olmağınız məsləhətdir. Təşkilatçılıq qabiliyyətləriniz güclənir, ömründə qapısının kandarından o yana addım belə atmayanlar bu gün sizin ardınızca dünyanın qurtaracağınadək getməyə hazırdırlar. Romantik görüşlər üçün əla vaxtdır. Maraqlı tanışınız peyda ola bilər. Bu gün sizi geyiminizə görə deyil, ağlınıza görə qarşılayırlar, odur ki, onu gizlətməyin mənası yoxdur. Axşama doğru işləri unudub istirahət etmək istəyəcəksiniz. Narahat olmayın, sizə qoşulmaq istəyənlər tez tapılacaq. Əsas məsələ odur ki, bu işdə canfəşanlıq etməyəsiniz. Qız – Gün istədiyiniz kimi başlamır. Ailənizdəki ab-hava heç xoşagələn deyil. Daim kiminləsə mübahisə edir və savaşırsınız. Anlaşılmazlıqlar artır. Sizin ümidinizi puç edən dostlarınızla da aranız dəyə bilər. Özünüzün haqlı olduğunuzu sübut etmək üçün sərt müzakirələr açmalı olacaqsınız. Əvəzində günün ikinci yarısı xoş olacaq. Həm peşəkar, həm şəxsi problemlərinizin həlli üçün şərait yaranır. Sevdiyiniz insanla münasibətləriniz düzəlir. Bir çox yaxşı insanlara kömək edə biləcəksiniz. Tərəzi – Günün ilk yarısı az danışıb, daha çox gücü qulaqlarınıza verin, xüsusilə də həmsöhbətiniz qadınlardırsa. O qədər də etibarlı olmayan mənbədən bu gün çox qiymətli məlumat alacaqsınız. Sizin üçün çox cazibədar birindən bu gün maraqlı təklif də ala bilərsiniz. Özünüzü itirməyin – şəraitdən öz xeyrinizə istifadə edə biləcəksiniz. Mürəkkəb məsələlərin həlli üçün ən yaxşı vaxt isə günün ortasıdır. Diqqətinizi toplayaraq işləri səliqə ilə başa çatdıra biləcəksiniz. Axşama doğru yaxınlarınızla ünsiyyətdə problemləriniz yarana bilər. Əqrəb – Yaman tələsirsiniz, bu səbəbdən bir çox problemləriniz olacaq. Ətrafında qadınlar olan Əqrəblər isə daha çox çətinliklə üzləşəcəklər: bu gün zərif cins nümayəndələri ilə ünsiyyət bu bürcün nümayəndələrinə heç məsləhət deyil. Yeni tanışlarınızla dil tapmaq çətin olacaq, onlarda elə də xoş olmayan təəssürat yaradacaqsınız. Bütün bu çətinliklərə baxmayaraq, ən yaxşı keyfiyyətlərinizi göstərə biləcəksiniz. Özünüzü ağayana, layiqli apacaq, köməyə ehtiyacı olanlara yardım əli uzadacaq, öz prinsiplərinizə sadiq qalaraq kimsənin sizi idarə etməsinə şərait yaratmayacaqsınız. Oxatan – O qədər xoş sürprizləriniz olacaq ki! Hər bir şəraitdən xeyrinizə istifadə edə biləcəksiniz. Yeni eşqə düşməyiniz, yaxud da əvvəlki münasibətinizi təzələməyiniz və ya möhkəmlətməyiniz mümkündür. Oxatanlar bu gün yaxınları, ailələri üçün əllərindən gələni əsirgəmirlər. Uşaqlarla ünsiyyət çox xoş olacaq. Çətinliklər isə günün ikinci yarısı peyda olacaq. Boş şeylər üstündə ailə üzvlərinizlə mübahisə edə bilərsiniz. Güzəştə gedin! Oğlaq – Populyarlıq, diqqət, kompliment, qarşı cins tərəfindən böyük maraq arusundaydınız? Sevinin, bu gün həmin arzularınız gerçəkləşir. Əgər arzulamırdınızsa, o zaman sizinlə tanış olmaq istəyən insan ordusu ilə qarşılaşmağa hazır olun. Hətta sizin kinayələriniz də bu gün onlara təsir etməyəcək. İstənilən fəaliyyət sahəsi ilə məşğul ola bilərsiniz. Yaradıcı potensialınız o qədər yüksəkdir ki, hətta adi ev işini çox maraqlı bir məşğuliyyətə çevirəcək və qeyri-adi nəticələr əldə edəcəksiniz. Günün ortasında yaxınlarınızla xoşrəftar olun, onları ehtiyatsızlıqlarına görə acılamayın. Dolça – Yaxınlarınızla münasibətləriniz əladır: onları yaxşı başa düşür, həm onların, həm öz maraqlarınızın qeydinə qalırsınız. Yaşlı nəslin nümayəndələri ilə asan dil tapırsınız. Onlardan aldığınız məsləhət və kömək çox işinizə yarayacaq. Pul ala bilərsiniz. Günün ortasında bir qədər gərginlik yaranacaq. Özünüzdən narazılığınız, öz hərəkətlərinizə həddən artıq tənqidlə yanaşmağınız sizi düşünülməmiş hərəkətlərə təhrik edəcək. Bir az özünüzü tərifləyin, axı siz buna layiqsiniz. Balıqlar – Sakit gündür. Kefinizin yaxşı məqamını tutub hansısa yeni və maraqlı layihə üzərində işə başlaya bilərsiniz. Tənbəllik, işsizlik və darıxmaq – bu gün sizin ən böyük düşmənləriniz bunlardır, kefiniz uzun müddətə pozula bilər. Bu gün öz ideya və fikirlərinizə riayət edin, başqalarının məsləhətlərinə isə tənqidlə yanaşın. Bir neçə dəfə sizə öz fikrini diktə etməyə çalışan insanlardan uzaq durun, çünki güclü təsirləri altına düşə bilərsiniz. Günün ikinci yarısı lazım olmayan yerə pul xərcləməyin |

Oxşar mövzular:
Hörmətli ziyarətçi, Siz qeydiyyatdan keçməmiş istifadəçi kimi sayta daxil olmusunuz.
Biz Sizə qeydiyyatdan keçməyi və ya öz adınız ilə sayta daxil olmağı məsləhət görürük.
br>
Biz Sizə qeydiyyatdan keçməyi və ya öz adınız ilə sayta daxil olmağı məsləhət görürük.
Teqlər: leyla
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.




