Qadınlar haqqında 7 həqiqət

Qadınlar haqqında 7 həqiqət



KIŞILƏRIN FIKRINƏ GÖRƏ QADINLAR LAZIMSIZ ALIŞ-VERIŞ VƏ DEDI-QODU EDƏN, QISQANC VƏ QÜRURLU MƏXLUQDURLAR. BUNLARA AÇIQLAMA GƏTIRƏ BILƏRIK! ÇÜNKI HƏR BIR CƏHƏTIN SƏBƏBI VAR…

1- TƏNBƏLLIK

2- MARAQ

3- ACGÖZLÜK

4- QÜRUR

5- DEDI-QODU

6- GƏRƏKSIZ ALIŞ-VERIŞ

7- QISQANCLIQ



1- Tənbəllik
TƏNBƏLLIYIMIZIN SƏBƏBI

Gün ərzində bitib tükənməyən yaşadığımız stres və gərginliklər….Bunlar bir müddət sonra bizim hər şeydən daim giley etməmizə səbəb olur. Bədənimizin gün ərzində olan dinamikliyindən axşama əsər əlamət qalmır və müəyyən nöqtədə tam halsızlıq yaranır. Sual yaranır, hansı birimiz gərgin iş günündən sonra gümrahlığımızı bərpa etmək üçün axşam bir fiziki çalışma yerinə yetiririk? Axşamımızı faydalı məşğuliyyətlə keçirmək əvəzinə nə edirik? Televizorun pultunu əlimizə alıb saatlarla o serial sənin, bu film, maqazin proqramlar mənim deyib tənbəlcəsinə axşamımızı (vaxtımızı) öldürürük.

TƏNBƏLLIYIMIZLƏ MÜBARIZƏ…

Öz oşlərinizi başqalarına etdirməyin. Çox yorğun ola bilərsiniz, öz geyiminizi ütüləməyə belə halınız (həvəsiniz) olmadığı halda ananıza “paltarımı ütüləyərsənmi” deməyin. Öz işlərinizi özünüz görün ki sevmədiyiniz işi başqalarına etdirmək alışqanlığınız yaranmasın. Unutmayın ki ananızın və ya sizin üçün bu işi görən insanında səbri var. Bir gün onu da “bəsdir daha” deyəcəyi nöqtəyə çatdıra bilərsiniz. Yerində, zamanında görüləcək işləri heç vaxt ertələməyin, ertələdikcə o işi görmək istəyiniz daha da azalacaqdır.



2- Maraq
HƏR ŞEYI BILMƏK HƏVƏSIMIZIN YARANMA SƏBƏBI

Sevdiyimizə, dostlarımıza verdiyimiz sualların ardı heç vaxt bitmir. Hər zaman onlarla bağlı hər şeyi bilmək və barəmizdə nələr düşündüklərini bilmək istəyirik. Hansımız sevdiyimiz insanın və ya yaxın dostumuzun gündəliyinə, yaxud elektron poçt qutusuna gizli daxil olub mail’lərini oxumamışıq? Bunları etməsəydik bizə doğum günü münasibəti ilə hazırlanan sürprizləri və ya yaxın dostumuzun haqqımızda olan gerçək düşüncəsini necə öyrənə bilərdik?

HƏR ŞEYI BILMƏK HƏVƏSIMIZIN YARANMASI ILƏ MÜBARIZƏ…

Onunla danışarkən ona olan marağınızı hiss etdirməyin. Təbii və hiyləgər davranın. Yaxın dostunuz ya da sevdiyiniz şəxsə sizə yetərincə məlumat verə biləcək, cəsarətləndirici və çaşqın suallar verin. Marağınızı gizlətməyi öyrəndikdən sonra qarşınızdakı sizə bilmək istədiyinizi özü söyləyəcək. Yetər ki siz onun söylədiklərini maraqla dinləyin. Ona önəm verdiyinizi hiss etdirin.




3- Acgözlük
ACGÖZLÜYÜMÜZÜN SƏBƏBI

Hər zaman daha çox və daha ləziz yeməklər istəyirik. Xüsusilə də söhbət şirniyyatdan gedirsə “yox” deyə bilmirik. Qarşımızda bütün cazibəsi ilə duran və bizə sanki “məni yesən daha enerji dolu və cazibəli olacaqsan” deyən bir dilim şokoladlı tortdan imtina etməyimiz mümkündürmü? İstdədiyimiz qədər tox olaq deyə düşünürük bəzən.

ACGÖZLÜYÜMÜZLƏ MÜBARIZƏ…

Gecənin yarısında yediyiniz bir parça şokoladın sizi kökəldəcəyini düşünərək ürəyinizi sıxmayın. Çəkinizin artmasına səbəb olan yeməkləri, şirniyyatları özünüzə mükafat kimi təyin edin. Məsələn, “kitabımı oxuyub bitirəndən sonra, və ya layihəmi təhvil verdikdən sonra özümü mükafatlandıracam deyə düşünün, bir dilim moruqlu tort yeyəcəm deyin. Bununla həm özünüzə stimul yaratmış olarsınız həm də moruqlu tortu yedikdə peşman olmazsınız, çünki onu qazandınız.



4- Qürur
QÜRURLU OLMANIN SƏBƏBI

Təbii ki hər birimiz dəyərli və nəticə etibarilə qürurluyuq! Və təbii ki həddi aşmadan bir parça qürurumuzu təmin etmək üçün hər zaman idealıq! Unutmayın, özünüzə qarşı olan sevginiz nə qədər çox olsa xarici aləmə də eyni ölçüdə təqdim edilir. Başqalarını sevməzdən öncə özünüzü sevməlisiniz ki, başqaları da sizi sevsin…

QÜRURUMUZLA MÜBARIZƏ…

Bir parça qürur hər kəs üçün idealdır. Lakin qürurun mübaliğə edildiyi halda sıxıntılar baş qaldırır. Ətrafınızdakı insanları sizdən soyudacaq və ya uzaqlaşmasına səbəb olacaq həddən ziyadə qürurlu davranışdan çəkinin. Özünüzü heç də dünyanın mərkəzi sanmayın. Öz qürurunuzu oxşayaraq ətrafdakılarla axmaq davranmaq əvəzinə dostlarınızın qürurunu oxşayın. Məsələn, dostunuza (rəfiqənizə) yeni qiyafətdə çox gözəl göründüyünü söyləməkdən çəkinməyin. Gələn səfər isə yoldaşınız sizin qürurunuzu oxşayacaq…




5- Dedi-qodu
DEDI-QODU ETMƏYIMIZIN SƏBƏBI

Dedi-qodu etmək özümüzü çox yaxşı hiss etməmizə səbəb olur. Hər zaman müzakirə ediləcək bir mövzunun olmasını təmin edir. Başqasını çəkişdirmək bizi xöşbəxt edir. Hətta “mən dedi-qodu etməyi sevmirəm” deyən, əslində isə dedi-qodu edib və bundan böyük həzz alan insanlara da rast gəlirik.

DEDI-QODU EDƏRKƏN NƏYƏ DIQQƏT YETIRMƏLIYIK…

Dedi-qodunu kiminlə etdiyinizə diqqət etməlisiniz. Unutmayın ki yerin də qulağı var! Sizə tövsiyyəmiz əsla iki yaxın insanın arasında birinə digəri haqda dedi-qodu etməyin. Bir gün onların hər ikisi düşməninizə çevrilə bilər.



6- Gərəksiz alış-veriş
GƏRƏKSIZ ALIŞ-VERIŞ ETMƏYIMIZIN SƏBƏBI

Ürəyiniz darıxdığı, əhval ruhiyyənizin olmadığı zaman nə edərsiniz? Ümumiyyətlə alış verişə üstünlük verərdiniz deyilmi? “Birini alana ikincisi pulsuz” adlı aksiyalarda hansımız heç geyinməyəcəyimiz ayaqqabı almadıq? Yaxud “50% endirim” kompanoyalarına aldanaraq 50%ni qənaət etdiyimizi düşünərək nələr almamışıq? Yeni qiyafətin alınması biz xanımları daha da xoşbəxt etdiyi müzakirəsiz gerçəkdir. Hətta müalicəyə getməyimizə belə ehtiyac olmur. Fikirlərin dağılması üçün, depressiyadan yaxa qurtarmaq üçün alış veriş etməyiniz yetərlidir.

GƏRƏKSIZ ALIŞ VERIŞ ETMƏMƏK ÜÇÜN…

Alış veriş etmək üçün çıxarkən sadəcə endirim kompaniyasında olan malları almayın. Sizə lazım olub olmadığını, işinize yarayıb yaramadığını düşünüb sonra qərar verin. Düşünün “50% endirim” var deyə heç bir dəfə belə geyinməyəcəyiniz köynəyi almağa gərək varmı? Bizcə yox!


7- Qısqanclıq
QISQANCLIĞIMIZIN SƏBƏBI

Qısqanclıq hissi hər bir insanın təbiətində var. Az və ya çox…Məsələn, sevgiliniz həm yaraşıqlı, həm seksual həm də əyləncəli olduğu halda onu qısqanmamaq mümkündürmü? Təbii ki xeyr! Onu boğmayacaq şəkildə yüngül qısqanclığa bəli…lakin onun sizə nifrət etməsinə səbəb olacaq davranışlara da xeyr!

QISQANCLIĞIMIZLA MÜBARIZƏ…

İlk öncə qısqanc olduğunuzu qəbul edin. Bu duyğularla yaşayarkən, qisqanclığınızı rədd etmənizlə heç bir şey əldə etməyəcəksiniz. Hər zaman stres və daxildən ağrılar keçirmək əvəzinə sevgilinizlə açıq və səmimi danışmağınızın daha faydalı olmasını düşünürük.

Sosial Medyada Paylaş
2-06-2013, 13:35
Müəllif: EmOskA
Просмотров: 676
Рейтинг:
  
Уважаемый посетитель, Вы зашли на сайт как незарегистрированный пользователь. Мы рекомендуем Вам зарегистрироваться либо зайти на сайт под своим именем.
XƏBƏR ÜÇÜN ŞƏRH QEYDLƏRİ
İstifadəçi saytdan çıxıb PROSDA BAKINKA 3 iyun 2013 21:23
142 HM
--------------------
MENIM NOKTE QOYDUGUM CUMLEYE VERGUL QOYAN ADAMIN HEYATINA ELE NIDA QOYARAM KI BUTUN OMRU SUAL ALTINDA KECER.
          10
İstifadəçi saytdan çıxıb Wander wanted 2 iyun 2013 22:23
qisqancliq dehwet vare .,.
--------------------
          9
İstifadəçi saytdan çıxıb DAKOTA 2 iyun 2013 22:02
Qurur,qisqancliq mende olanlar bulardii)))
--------------------
Her DeiLen Xos Soze inanmaa...!
ewwey de deiLLer gozu qeseydi ama minib yukluyuLLer neyi VaR...!
          8
İstifadəçi saytdan çıxıb aniol 2 iyun 2013 21:55
hmmm maraqlidi......
          7
İstifadəçi saytdan çıxıb Heyatin_Menasi 2 iyun 2013 19:21
3 6 5 leri cixmaq serti ile hami duzz
          6
İstifadəçi saytdan çıxıb PROSDA BAKINKA 2 iyun 2013 17:17

TƏNBƏLLIYIMIZLƏ MÜBARIZƏ…

Öz oşlərinizi başqalarına etdirməyin. Çox yorğun ola bilərsiniz, öz geyiminizi ütüləməyə belə halınız (həvəsiniz) olmadığı halda ananıza “paltarımı ütüləyərsənmi” deməyin. Öz işlərinizi özünüz görün ki sevmədiyiniz işi başqalarına etdirmək alışqanlığınız yaranmasın. Unutmayın ki ananızın və ya sizin üçün bu işi görən insanında səbri var. Bir gün onu da “bəsdir daha” deyəcəyi nöqtəyə çatdıra bilərsiniz. Yerində, zamanında görüləcək işləri heç vaxt ertələməyin, ertələdikcə o işi görmək istəyiniz daha da azalacaqdır.
--------------------
MENIM NOKTE QOYDUGUM CUMLEYE VERGUL QOYAN ADAMIN HEYATINA ELE NIDA QOYARAM KI BUTUN OMRU SUAL ALTINDA KECER.
          5
İstifadəçi saytdan çıxıb ..::Avar_Qizi::.. 2 iyun 2013 17:12
Tenbellik var)
          4
İstifadəçi saytdan çıxıb Nəmişka 2 iyun 2013 16:31
1 ha ha bezisi duzdu
          3
İstifadəçi saytdan çıxıb 2013Meleyi 2 iyun 2013 16:22
2.maraq 1
          2
İstifadəçi saytdan çıxıb ExTraVaGanZzA 2 iyun 2013 13:46
7- Qısqanclıq
QISQANCLIĞIMIZIN SƏBƏBI

Qısqanclıq hissi hər bir insanın təbiətində var. Az və ya çox…Məsələn, sevgiliniz həm yaraşıqlı, həm seksual həm də əyləncəli olduğu halda onu qısqanmamaq mümkündürmü? Təbii ki xeyr! Onu boğmayacaq şəkildə yüngül qısqanclığa bəli…lakin onun sizə nifrət etməsinə səbəb olacaq davranışlara da xeyr!

QISQANCLIĞIMIZLA MÜBARIZƏ…

İlk öncə qısqanc olduğunuzu qəbul edin. Bu duyğularla yaşayarkən, qisqanclığınızı rədd etmənizlə heç bir şey əldə etməyəcəksiniz. Hər zaman stres və daxildən ağrılar keçirmək əvəzinə sevgilinizlə açıq və səmimi danışmağınızın daha faydalı olmasını düşünürük.



Superrrr 1
--------------------
          1

Məlumat

Hörmətli Qonaq, sizin qeydiyyatınız olmadığı üçün siz rəy yaza bilməzsiniz.Xahiş edirik qeydiyyatdan keçin.
ONLİNE
İndi saytda:
İstifadəçilər: 1
DeViL PriNcE

Axtarış robotları: 4
GooglebotYandex
Baidu SpiderYahoo

Qonaqlar: 1776
Ümumi: 1781

Saytda olan son istifadəçilər:
Son 20 istifadəçi: 20
..::LaDy::.. adminst
Annaml ArZuLarIn LiManI
BRAVE HEART charmo
DeeLi kiz deniz12
Gonul salincagi iongenierjohn
Jefferyol Krasavica
Nazli Weytan :) pletcheriym
SAHIBSIZ MEZARLAR setgecko
Solmus cicek Timur-Begun
Valizooon Wommagnut

XƏBƏRÇİLƏR
SAHIBSIZ MEZARLAR
Xəbərlər: 171
 
Krasavica
Xəbərlər: 60
 
ArZuLarIn LiManI
Xəbərlər: 22
 
..::AyLa..::
Xəbərlər: 10
 
Samir Production
Xəbərlər: 8
 
ƏN VARLILAR
SAHIBSIZ MEZARLAR
Pul: 19945
Şərh.: 6314
Beautiful_Love
Pul: 10751
Şərh.: 4342
_KaBuSum_
Pul: 6364
Şərh.: 2755
ŞƏRHÇİLƏR
SAHIBSIZ MEZARLAR
Şərhlər: 228
 
Solmus cicek
Şərhlər: 85
 
DeViL PriNcE
Şərhlər: 23
 
..::AyLa..::
Şərhlər: 21
 
ArZuLarIn LiManI
Şərhlər: 20
 
FORUMÇULAR
ROONEY
Mesajlar: 4657
Tabl
Mesajlar: 2199
sevme urek
Mesajlar: 1989
Beautiful_Love
Mesajlar: 1800
Wander wanted
Mesajlar: 1783
SORĞU

Dinlədiyiniz Musiqi Növü Hansıdır ?
Klassik Musiqi
Xalq Musiqisi
Pop
Rock
Rap
Caz
Bütün sorğular

GÜNLÜK STATİSTİKA
   

Яндекс.Метрика
XƏBƏR LENTİ