Mart ayında bürclər nə vəd verir

Mart ayında bürclər nə vəd verir


Qoç - Cütlər və Eşq planeti Venera, Mart 2017 boyunca Qoç bürcündə qalacaq. Lakin ortada bir problem var: 4 Martda Venera retrograd (geri) hərəkət edəcək və 15 Aprelə qədər bu hərəkət davam edəcək. Beləliklə Qoçların əlaqəyə olan ehtiyacları ön plana çıxacaq. İctimai və romantik həyatınız sıx olacaq, uzun zamandır görmədiyiniz dostlarınızla görüşəcək, həyat köhnə iş yoldaşlarınızla və ya sevgililərinizlə yenidən görüşmənizi təmin edəcək. Lakin köhnə, zamanında həll edilməmiş problemlərin ortaya çıxması və ya əlaqənizin doğru olub olmamasını, əlaqədən və sevdiyiniz adamdan nə istədiyinizi və ya onun gözləmələrini necə qarşılamanız lazım olduğunu düşünməyə çətinlik çəkəcəyiniz vəziyyətlərlə qarşılaşmanız da mümkündür. Mars ilk on gündə ehtiras, ədviyyat əlavə edəcək, lakin eyni zamanda potensial qarşıdurmaları da tətikləyəcək. İş mövzusunda da Qoçlar üçün Mart ayı çox aktiv bir ay olacaq. Qoç bürcündə olan Venera və Qoçun ortaqlıqlar evindəki Yupiter ortaqlıqlar, ittifaq və təşkilatlarla (köhnə bir ortaq proyekt yenidən gündəmə gələ bilər) maraqlanacaq, eyni zamanda enerjili Mars yaxşı qərarlar və cazibə tələb edəcək və Uran bəzi şeyləri dəyişdirmək üçün hər zamankindən daha qərarlı olacaq. Bəhs edilən bütün planetlər Qoçun karier evinin idarəçisi Saturnla yaxşı əlaqələr içindədir, buna görə də müvəffəqiyyət, fəaliyyət və irəliləmə vəd edirlər. Akademik işlər, səyahətlər, uzaq məsafəli razılaşmalar, internet və mədəni, yüksək təhsil və ya ruhi hədəflərlə bağlı işlər Qoçların professional həyatında əhəmiyyət qazanacaq və irəliləmənizi təmin edəcək. 10 Mart 2017 sonrasında, Mars Qoçun pul evinə girdiyi zaman mali təşəbbüslər önə çıxacaq. Günəşin 12 - ci evinizdə olmasıyla, Mart 2017 - in ilk iyirmi günü xüsusilə 13 Martda 12 -ci evdə Qoçun sağlamlıq evinin idarəçisi Merkurinin də ona qatılmasıyla, Qoçların sağlamlığı ciddi testə məruz qalacaq. İfratdan, asılılıqdan və yorğunluqdan uzaq durun. 13 Mart 2017 - dən sonra həyat tərzinizi inkişaf etdirmək üçün tibbi qərar və həllər ortaya çıxacaq və 20 Martdan sonra Qoçlar əhəmiyyətli ölçüdə köhnə formalarına qovuşacaq.

Buğa - Mart 2017 Buğaların sevgi əlaqələri üçün ən xoşbəxt aylardan biri deyil. Eşq və uyğunlaşma planeti Venera xəyal qırıqlıqlarına, kompleks vəziyyətlərə, məhdudlaşdırılmış hərəkət azadlığına, maraq itkisinə və ya özünüzü qapamağa səbəb olacaq bir evdə retrograd edəcək. Ən pisiysə, Buğanın cütlər evinin idarəçisi Marsın 10 Marta qədər eyni pis mövqedə olmasıdır. Buna görə ayın ilk on günü çox da ümid verici görünmür. Feat.Az bildirir ki, 10 Mart 2017-dən sonra, Mars Buğa bürcünə keçincə işlər dəyişəcək. Artıq hərəkət etmək üçün daha çox gücünüz olacaq, seksual olacaq və özünüzün fərqində olmayacaqsınız. Lakin bəzi şeylər gizli, ziddiyyətli, çətin və əyri qalacaq. Ən yaxşısı sizi narahat edən şeylər haqqında güvəndiyiniz bir adama məsləhətləşmək. Buğanın iş evində yerləşmiş olan Yupiter Oktyabr 2017 - ə qədər sizə professional sahədə rahatlıq vəd edir. Buğanın karier evinin ənənəvi idarəçisi Saturnun mövqeyi, 2017 payızına qədər və xüsusilə Martda sizi motivasiya edəcək şeylərin maddi qazanc və maliyyə gəlirləri olduğunu göstərir. Bu və ya digər şəkildə Buğalarin mali və sosio - professional statusları gizli dəstəkdən və ya şansdan faydalanacaq. Bütün bunlara baxmayaraq Mart 2017 - də karieriniz və pulunuzla əlaqədar yolunuza maneələr və mübarizələr çıxarsa təəccüblənməyin. Hər şeyi idarə edə bilmək və pis vəziyyətlərdən qaçınmaq üçün lazım olan şeylər dürüst, açıq, qəti və nizamlı olmanız və tələsməmək olacaq. Mart 2017 boyunca, xüsusilə ilk və son on gündə Buğalar sağlamlıqlarına diqqət yetirməlilər. Buğanın idarəçisi Venera zəif mövqedə olacaq. Sağalma gücünüz və dayanıqlılığınız azalacaq. İstirahət etməli, intizamlı olmalı, sağlam qidalar qəbul etməli və immunitet sisteminizi möhkəmləndirməlisiniz. Əgər yolunda getməyən bir şey varsa, vaxt itirmədən həkiminizi ziyarət edin!

Əkizlər - Romantik olaraq vəziyyətiniz yaxşıdır: Əkizlərin cütlər evində olan Saturn və Əkizlərin əlaqələr evinin idarəçisi Yupiter (əcaib bir şəkildə eşq və zövq evindədir) arasında xüsusi bir əlaqə meydana gələcək və vəziyyətinizi yaxşılaşdıracaq. Nə olursa olsun 2017 payızına qədər bu vəziyyətdən zövq ala bilərsiniz. Bu konfiqurasiya əlaqələri gücləndirər, onları sağlamlaştırar və bəzi Əkizlər bürcləri üçün onları rəsmi hala gətirər. Mart 2017 boyunca Əkizlərin cütlər evinin idarəçisi Venera da yaxşı bir evdə - 11 - ci evdə - olacaq. Bu vəziyyətdə Venera yalnız Əkizlərin əlaqələr eviylə uyğunlaşma içində olmaqla qalmayacaq, eyni zamanda böyük ehtimalla dostlarınız, dəstəkçiləriniz və sevənləriniz vasitəsiylə romantik fürsətlər də gətirəcək və ya qrup və ya ictimai fəaliyyətlərə qatılmanızı sürətləndirəcək. Mart 2017 boyunca iki xeyirxah, Venera və Yupiter Əkizlərin şanslı evlərində olacaq. Beləliklə ulduz mövqeləri sizə uyğun olacaq. Bu dövr müxtəlif fürsətlər yaradır və populyarlıq, təqdimat, ortaqlıqlar və qrup proyektləri üçün uyğundur. Hədəflərinizə çatmanız üçün lazım olan dəstək təmin olunacaq. Bununla bərabər Əkizlərin karier evi Mart 2017 - in ilk iyirmi günündə Günəş tərəfindən işıqlandırılacaq. Beləliklə siz önə çıxacaq, özünüzü ortaya qoya biləcək, inkişaf edəcək, təqdir və möhtərəmlik qazanacaqsınız. Son on gündə populyarlıq, dəstəkçilər və qoruyucular evinizdəki Günəşə Venera da qatılacaq. Əkizlərin idarəçisi Merkuri də eyni yolu izləyəcək: 13 Marta qədər Əkizlərin karier evində, daha sonraysa dəstəkçilər evinizdə olacaq. İşə başlaya bilərsiniz! Əkizlərin ruhi vəziyyəti Mart 2017 boyunca mükəmməl olacaq və onlar fiziki istiqamətdən çox canlı olacaqlar. Martda yaz özünü göstərir, buna görə velosipedlə, piyada gəzin, rəqs edin və mümkün olduğu qədər hərəkət etməyə çalışın! Enerjiylə dolusunuz və ondan istifadə etmək məcburiyyətindəsiniz. Özünüzü hərəkətsizliyin qurbanı vəziyyətinə salmayın və mətbəxə tez-tez uğramayın!

Xərçəng - Mart 2017 boyunca Yengəclərin romantik və professional həyatlarının ortaq istiqamətlərinin çox olduğu açıqca görüləcək. Əgər 2015 - dən etibarən Yengəcin cütlər evinin idarəçisi Saturn Yengəcin iş və gündəlik məsuliyyətlər evində idiysə, artıq Eşq planeti Venera da Yengəcin karier evinə keçəcək və bir müddət orada qalacaq. Bu mövqe Yengəclərin status, karier və ya işlərinə duyğuların qarışdığının və ya tam tərsinə fərdi həyatlarına professional qərarların təsir etdiyinin göstəricisidir. Hər iki vəziyyətdə də elə görünür ki, ürəyiniz professional iş yoldaşınız olan biri üçün atacaq. Cütlər arasında hierarxiya fərqlilikləri də ola bilər. Lakin işlər çox açıq və ya rahat olmayacaq. Mart 2017 Yengəclərə böyük məmnuniyyət gətirəcək və təbii olaraq mali qazanc da olacaq. Həm karier və ictimai status eviniz, həm də iş və məsuliyyətlər eviniz aktiv, qərarlı və hərəkətli olacaq. Evlər arasında uyğun bucaqlar reallaşacaq və evləri idarəçiləri ilə o an bu evlərdə olan planetlər arasında hədəfə istiqamətli, güclü bağlar meydana gələcək. Beləliklə iki cəbhədə fəaliyyət göstərəcəksiniz: səbir və dözüm tələb edən əldə etdiklərinizi gücləndirmə və cəsarət və yeni şeylərə açıq olmağı tələb edən inkişaf cəbhəsində. Ciddi səy göstərəcəksiniz və şans da üzünüzə güləcək. Köhnə bir proyektinizə və ya ortaqlığa qaldığı yerdən davam edə bilərsiniz. Fərdi cazibəniz və əlaqələriniz sizə inkişaf etmək üçün kömək olacaq. Artıq əlinizə əvvəlki aylarla müqayisədə daha çox pul keçəcək. Bu dinamik və çətin dövrdə müntəzəm stress altında olacaqsınız. Bu stresslə necə mübarizə edəcəyiniz sizin biləcəyiniz bir işdir. Amma stresslə mübarizə edə bilmək üçün ən yaxşısı bunu qəbul etməkdir: hər bir cəsarətli və enerjik addım avtomatik olaraq əsəb sisteminizə əlavə yük gətirə bilər. Sağlamlığınıza laqeyd yanaşmayın! Yengəcin xəstəliklər evində olan Saturn müdafiənizi zəiflətməyinizi gözləyir.

Şir - Qısa bir dövr üçün, Aslanın cütlər evinin idarəçisi Aslanın eşq və cinsilik evinin idarəçisiylə yaxşı uyğunlaşma içində olacaq. Yeni bir sevgi əlaqəsinə başlaya bilər, köhnə əlaqənizi sağlamlaştıra bilər və ya əlaqənizə istiqamətli başqa bir addım ata bilərsiniz. Ünsiyyət işlərinizin asan getməsi üçün çox əhəmiyyətli olacaq. Mart 2017 boyunca Aslanın cütlər evinin idarəçisi Eşq planeti Venera ilə yaxşı əlaqələr içində olacaq və bu da xoşbəxtliyə nail olma şansınızı artıracaq. Lakin Veneranın mövqeyi artıq intellektual, mədəni və ya ruhi baxımdan ünsiyyətin daha əhəmiyyətli olduğunu vurğulamaqda və məhəbbətin dünyanı kəşf etmək, üfüqlərinizi genişlətmək, inkişaf etmək mənasına gəldiyini söyləməkdədir. Eşq və ya uzaq məsafəli əlaqələr üçün səyahət də edə bilərsiniz. Bu yaz mövsümündə Aslanların yolları yenidən qiymətləndirmə və ya analiz mərhələsindən keçəcək. Aslanın karier evinin idarəçisi Venera retrograd dövründə olacaq, diqqətinizi professional mütəxəssislik, işlər, araşdırmalar, yaratma və nəşr etmə, elmi, hüquqi, mədəni və ya ruhi ətraflara bağlanma, xaricilərlə və ya xarici ölkələrlə ya da uzaq məsafədən biznes kimi şeylərə istiqamətləndirməkdə israr edəcək. Feat.Az bildirir ki, 10 Mart 2017 - də Mars Aslanın karier evinə daxil olacaq. Təşəbbüskar ruhunuz, rəqabət və özünüzü ortaya qoyma impulsunuz yüksələcək və fəaliyyətiniz artacaq. Mart boyunca başqalarından gələn və ya başqalarıyla birlikdə görəcəyiniz iş, sərmayə qoyaraq və ya mali təşkilatlarla əlaqələriniz səbəbindən qazandığınız pula fokuslanacaqsınız. Aslanların canlılığı Mart 2017 - in ilk iyirmi günündə azalacaq, çünki Günəş yaxşı mövqedə olmayacaq və Aslanın xəstəliklər evinin idarəçisiylə zidd bucaqlar meydana gətirəcək. Digər planetlərin və Aslanın xəstəliklər evinin idarəçisinin yaxşı mövqedə olması ortaya çıxacaq potensial problemlərin çox da pis olmayacağı mənasına gəlir.

Qız - Mart 2017in ilk iyirmi günündə Günəş Qızın əlaqələr evini isidəcək sizin və sevdiyinizin ortaq həyatının əhəmiyyətini vurğulayacaq, sizin bələdçiniz olacaq və bu dövrdə bütün hadisələr əlaqəniz ətrafında şəkillənəcək. Diqqətiniz xüsusilə sevdiyiniz adamın psixologiyasına yönələcək, əlaqənizin ən dərin və ən kompleks mexanizmlərini və ya tabuları, asılılıqları, fantaziyaları və ya cinsi bezginliyi araşdıracaqsınız. Mart 2017 boyunca siz duyğuların gizli və ya qaranlıq tərəflərinə xüsusi bir maraq göstərəcəksiniz. Eyni zamanda sabit fikirli olacaq və əlaqələrə praktiki və mali perspektivdən baxacaqsınız. Bəzi Qız cütləri ortaq sərmayə və ya iş qura bilər. Hər şeyin kənarında Mart 2017 maliyyə baxımından maraqlı olacaq. İki köməksevər Yupiter və Venera planetləri Qız bürcünün pul evində olacaq və 13 Martdan başlayaraq onlar Qız bürcünün idarəçisi Merkuri planeti ilə qovuşacaq. Bir tərəfdən bu şansa işarədir. Digər tərəfdən Yupiter və Venera planetləri məmnuniyyətə (Venera) və ya böyük proyektlərə (Yupiter ) gəldikdə diqqətsiz ola bilərlər. Bu dövr yardım fondları açmaq və ya bu kimi işlərlə məşğul olmaq üçün xüsusilə uyğundur. Venera planetinin geri getməsi ləl - cəvahirata sərmayə qoymaq və ya incəsənətdən pul qazanmaq üçün uyğun zaman olduğunu göstərir. Digər tərəfdən iş yoldaşlıqları çox əhəmiyyət daşımaqdadır və siz işlər, mədəni fəaliyyətlər, səyahət və ya uzun vədəli əlaqələrdə bir ilkə imza ata bilərsiniz. 2017-ci ilin Mart ayı boyunca Qız bürclərinin fiziki görünüşü zirvədə olmayacaq, beləliklə onlar güclərini qorusalar yaxşı olar. Prioritetlərinizə fokuslanmağa çalışın, kifayət qədər istirahət edin və yoluxucu xəstəliklərə tutulma və zəhərlənmə mövzularına diqqət yetirin! Psixoloji rahatlıq üçün, sizin müsbət düşünməniz və hər şeyi çox təhlil etməməniz lazımdır.

Tərəzi -Eşq planeti və Tərəzinin idarəçisi Venera Mart 2017 boyunca da Tərəzinin cütlər evində olacaq. Lakin o retrograd edəcək ki, bu da tamamilə fərqli mənaya gəlir. Köhnə əlaqəniz yenidən ağlınıza gələ bilər və ya əvvəl yaxşı dolana bilmədiyiniz biriylə barışmaq üçün etdiyiniz köhnə bir səy və ya köhnə bir problem artıq araşdırılmağı və təhlil edilməyi gözləyir. Bəlkə də siz "görəsən doğru əlaqə içindəyəmmi, yanımda olan adam mənim yanımda olmağa uyğundurmu və ya siz onların standartlarına uyğunsunuzmu" deyə özünüzü sorğulayacağınız bir dövrdən keçəcəksiniz. Eşq həyatınızın müntəzəm olması mümkündür, və sizin nə istədiyinizi anlamanız içi müqayisə etməyə, əks etdirməyə ehtiyacınız var. Çünki Günəş Tərəzi bürcünün iş evində olacaq, bu da 2017-ci ilin Mart ayının professional olaraq əhəmiyyətli bir ay olacağını göstərir. Günəş sizi diqqət çəkməyə, böyük addımlar ataraq özünüzə mövqe qazanmağa yönəldəcək, hərəkət etmək üçün və iş həyatınızda qərarlar qəbul etmək üçün daha çox azadlıq verəcək, siz qabiliyyətinizi göstərəcək və qiymətləndirilmək üçün ən cazibədar hərəkətlər edəcəksiniz. 2017 - ci ilin Mart ayı iş yoldaşlığı və kontraktlar Tərəzi bürcləri üçün çox uyğun olacaq, lakin onların sizə fayda verməsi üçün taktika və diqqət lazımdır. Köhnə yoldaşlıqlar ön planda ola bilər. 2017-ci ilin Mart ayı boyunca pul, iş yoldaşlıqları, əlaqələr və müştərilər arasında sıx bağlılıq olacaq. 2017-ci ilin Mart ayı boyunca yorğunluq və stress Tərəzi bürclərinin həyatının vaz keçilməz ünsürü olacaq. Bəzən bu səbəblər sizin bədən funksiyalarınıza pis təsir edə bilər, bunun üçün sağlamlığınıza və özünüzə diqqət yetirin! Bütün fəaliyyətlərdə eyni anda olmanız mümkün deyil, bu səbəblə zamanınızı yaxşıca planlayın və intizamlı olmağa diqqət və qayğı göstərin.

Əqrəb - Günəşin Əqrəbin eşq və cinsilik evində olmasıyla, Mart 2017 - in ilk iyirmi günü xüsusilə erotik duyğularla dolu olacaq. Romantizm və duyğusal hisslər yüksələcək və uyğun eşq fürsətlərinə tez - tez rast gələcəksiniz. 10 Martda Əqrəbin ənənəvi idarəçisi Mars, Əqrəbin cütlər evinə keçəcək və bu dövr üçün əlaqə ehtiyacınızı vurğulayacaq. Mart 2017 - in son iyirmi günündə siz başqalarıyla görüşmək, onları başdan çıxarmaq, hadisələri işıqlandırmaq və eşqdə təşəbbüs göstərmək üçün xeyli həvəsli olacaqsınız. Eşq planeti Venera Əqrəbin 6 - cı evində yer alacaq, bu da işiniz və məsuliyyətlərinizin eşq həyatınıza bir şəkildə - yaxşı və ya pis - müdaxilə edəcəyi mənasına gəlir. Yaradıcılıq, qabiliyyət və Əqrəblərin duyğularını ifadə etmə şəkilləri Mart 2017 - də, Əqrəbin karier evinin idarəçisi 5 -ci evdən keçdiyi zaman daha da əhəmiyyət qazanacaq. Əqrəbin iş evində Veneranın retrograd hərəkəti sizin incəsənətə, estetikaya və professional həyatınızda müəyyən uyğunlaşmaya əhəmiyyət verəcəyinizi söyləyir. Həm Günəşin 5 - ci evdəki tranziti həm də Veneranın iş evinizdə retrograd hərəkəti, əgər sevdiyiniz və könül verdiyiniz işi görsəniz çox müvəffəqiyyətli olacağınızı söyləyir. Hətta eşq belə Mart ayında sizi özünüzü inkişaf etdirməyə yönəldə bilər.Feat.Az bildirir ki, Mart 2017 - in ilk iyirmi günü təqdimatlar üçün mükəmməl bir dövrdür. Ortaq fəaliyyətlər və komanda işi 10 Martdan sonra canlanacaq. Mali olaraq səylərinizə dəyər veriləcək və sizin uzun vədəli perspektivləriniz inkişaf edəcək. Əgər qan şəkəri səviyyələri və pankreas problemləriniz, böyrək və ya ginekolojik problemlər, dermatolojik həssaslıq və ya qan dövranı problemləriniz (Varikoz vs.) varsa, Mart 2017 - də müntəzəm müayinə olmalı və özünüzə çox diqqət yetirməlisiniz. Bunlarla bərabər sağlamlığınızı inkişaf etdirməniz də tövsiyə edilir.

Oxatan- Mart 2017 boyunca Oxatanın eşq və cinsilik evində retrograd hərəkət edən Venera diqqətinizi əlaqədə xoşbəxt olmanız üçün lazım olan nöqtələrə istiqamətləndirəcək. Venera şəhvət, ehtiras və romantik impulsdan bəhs edir, onlara çatmaq və sınamaq üçün mübarizə etmənizi söyləyir və sizi təmin edəcək yolları araşdırmanızı və tapmanızı istəyir. Mart 2017 - in ulduz mövqeləri eşq yayır. Tam bir sıra hadisələri yaşayacaqsınız, aşiq olacaq, unudulmaz fiziki macəralar yaşayacaq, şübhə edəcək, əzab çəkəcək, yenidən qovuşacaq və ya əlaqənin işə yaramadığını gördüyünüz zaman ayrılacaqsınız. Bütün bunlar nə istədiyinizi, nəyə ehtiyacınız olduğunu və sizin üçün nələrin yaxşı olduğunu anlamaqda kömək olacaq. Siz sadəcə Aprelin ortasına qədər reallaşacaq olan Venera retrogradından sonra hansı nöqtədə olduğunuzu anlaya biləcəksiniz. Mart 2017 - in ilk iyirmi günü boyunca Günəş Oxatanın 4 -cü evində olacaq və 13 Marta qədər ordakı Oxatanın karier evinin idarəçisi Merkuriyə yoldaşlıq edəcək. Bütün bunlar ev və ailənizə olan marağınızın artacağını, eyni zamanda daşınmaz əmlak və uzunmüddət istifadə ediləbilən əşyalar mövzusuyla da maraqlanacağınızı göstərir. Əkinçiliklə, inşaatla və ya zeytun yağı, ətriyyat sektorlarında çalışanlar üçün xüsusilə məhsuldar ola bilər. Tarix, genealogiya və keçmişlə əlaqədar digər sahələrdə çalışan Oxatanlar üçün də bu belə olacaqdır. Digər tərəfdən Mart 2017 - də siz həddindən artıq yaradıcı olacaq, qabiliyyət və özünüzü ifadə etmə şəkliniz parlayacaq ki, bu da sizə promosiya və populyarlıq qazanmada köməkçi olacaq. Bütün bunlar gəlirinizin artmasını təmin edəcək. Marsın Oxatanın sağlamlıq evində olmasıyla 10 Mart 2017 - dən sonra tibbi sahədə təşəbbüs və hərəkətə böyük ehtiyac duyulacaq. Hadisələrin idarəsini əlinizə almalı,həll edilməsi lazım olanları, xüsusilə əgər keçmişdən qalan problemlər varsa həll etməlisiniz. Marsın sağlamlıq evinizdə olması əməliyyatlar, diş və ya ginekoloji müayinələrin, lakin ümumiyyətlə formanızla, diyetlə və həyat gigiyenanızla əlaqədar cəsarətli və qərarlı hərəkətlərin faydalı olacağını göstərir.

Oğlaq - Eşq və cütlər planeti Venera az qala bütün Mart 2017 boyunca (4 Martdan etibarən) və Aprelin ilk yarısında Oğlağın 4 -cü evində retrograd hərəkət edəcək. Bu keçmişə yenidən fokuslanma, nostalgiyaya qapılma və ya uzun zamandır görmədiyiniz insanlarla yenidən görüşməyə işarə ola bilər. Ən praktik səviyyədə Veneranın 4 - cü Evinizdəki retrograd hərəkəti evinizə və ya ortaq mülklərinizə marağınızın artması və ya valideynlərin sizin eşq həyatınıza müdaxilə etməsi mənasına gələ bilər. Başqa bir baxımdan, Mart 2017 - in ulduz konfiqurasiyası sizin cüt olaraq gizliliyə və həyatın sakit, ənənəvi, mühafizəkar istiqamətlərinə maraq duyacağınızı göstərir. 10 Mart 2017 - də Mars bütün şövqüylə Oğlağın eşq və seks evinə keçəcək və hadisələr sıxlıq və macəra yoluyla daha yaxşıya doğru dəyişəcək. Mars sizi maraqlı və qəribə bir vəziyyətə salacaq: Oğlağın karier evində olan Yupiter sizin böyük işlər görməyinizi istəyir, eyni zamanda karier evinizin idarəçisi Venera gizli bir sahədə retrograd hərəkət edəcək ki, bu da sizi keçmişə yönəldəcək və yeni işlərə başlamanıza maneə törədəcək. Siz böyük işlər görmək istəyirsiniz və sanki bir şey sizi maneə törədirmiş və ya sanki işlər üzərində daha yaxşı bir dünyagörüşü qazanmaq və bəzi detalları daha yaxşı nəzərdən keçirmək üçün geri addım atırmış hissinə qapılacaqsınız. Ailə problemləriniz müvəqqəti sizi yavaşlada da bilər. Ya da eviniz, daşınmazlar, miras və ya digər mal - mülk işləri yenidən diqqətinizi çəkəcəkdir. 20 Mart 2017 -dən sonra hər şey daha da dəqiqləşəcək və mali vəziyyətiniz yaxşılaşmağa başlayacaq. Bu dövrdə Lider bürclərin (Qoç, Yengəc, Tərəzi, Oğlaq) sizə qarşı təzyiqi xaricində sizi çox narahat edəcək əhəmiyyətli bir problem görünmür. Lakin Mart 2017 boyunca əgər xroniki problemləriniz varsa diqqətli olmalısınız. Öz halında buraxılacaq yeni problemlər də xroniki hala gələ bilər. Bu ay immunitet sisteminizi gücləndirmək ən yaxşı ideyadır.

Dolça - Eşq planeti Venera Mart 2017 - in böyük hissəsində Dolçanın 3 -cü evində retrograd hərəkət edəcək. 3 - cü ev düşüncəylə əlaqədar olduğundan, Mart ayı eşq həyatınızın bəzi istiqamətlərini yenidən qiymətləndirmək üçün yaxşı bir zaman ola bilər. 3 - cü Ev Dolçaların əlaqələri üçün çox əhəmiyyətli olan ünsiyyət və səyahətləri idarə edir və bəzi vəziyyətlərdə əlaqələrə davam etmək, biriylə yenidən görüşmək və ya əvvəlki təklifləri yenidən qiymətləndirməyi də ehtiva edə bilər. Dolçanın əlaqələr evinin idarəçisi Günəş əlaqənizə bəzi mali mövzuların təsir edəcəyini və ya romantik mövzuların mali qərarlarınız üzərində təsirli olacağını göstərir. 20 Mart sonrasında Günəş Dolçanın 3 - cü evinə keçərək oradakı Veneraya yoldaşlıq edəcək. Ümumi mənada 2017 - in payızına qədər siz eşq oyununda qabaqda olacaqsınız, çünki Dolçanın ənənəvi idarəçisi Saturn şanslı evdə olacaq və Böyük Xeyirxah Yupiterlə yaxşı əlaqələr içində olacaq. Bu şərtlər altında Mart 2017 boyunca Dolçanın karier evinin idarəçisi Merkuri Günəş, Mars və Venera ilə birlikdə ünsiyyət və məlumatlanma, hər hansı bir növ təşəbbüs (xüsusilə maliyyə sahəsində), səyahətlər və uzlaşma sahəsiylə xüsusilə maraqlanacaq. Artıq köhnə proyektlərinizlə əlaqədar müzakirələrə davam edə bilər, uzun zaman əvvəl itirdiyiniz yoldaşlarınız, tanışlar və iş yoldaşlarınızla faydalı və xoş əlaqələrə yenidən davam edə bilərsiniz. Mali mövzulara gəlincə, Mart 2017 - in ilk iyirmi günü Dolçaların gəlirləri artacaq və sizin iş görməyə və pul qazanmağa daha çox marağınız olacaq. Mart 2017 - də Dolçaların ruhi vəziyyəti ayın ilk yarısında bəzi kiçik agitasiya xaricində sakit və aydın olacaq. Ümumiyyətlə sağlamlığınız normal görünür. Lakin hərəkət edərkən və potensial təhlükə ehtiva edən maddələr, əşyalar, mexanizmlər və vasitələrdən istifadə edərkən diqqətli olmanızda fayda vardır!

Balıqlar - Mart 2017 - in ilk yarısında, Balığın cütlər evinin idarəçisi Balıq bürcündə olduğu zaman, əlaqələr Balığın ən əhəmiyyətli maraq sahəsi olacaq. Bu zaman dilimi maksimum cazibə və şəhvətlə dolu olacaq və hadisələri istədiyiniz istiqamətdə davam etdirə biləcəksiniz. Ayın geri qalanında daha çox praktik maraqlar (karier, maddiyyət və ailə) əhəmiyyət qazanacaq. Eşq planeti Veneranın Balığın pul evində retrograd hərəkət etməsiylə böyük ehtimalla eşq və professional həyatınız üst - üstə düşəcək. Böyük ehtimalla sevgilinizlə ortaq bir şeyə sahib olmağı planlayırsınız və ya o sizin daha çox qazanma səyinizi dəstəkləyir ya da romantik seçimlərinizdə maddi problemlərin böyük təsiri vardır. Günəşin Balıq bürcündə olmasıyla sizin parlama, önə çıxma, təqdir edilmə fürsətiniz olacaq. Günəş sizə canlılıq, avtoritarlıq, prestij verəcək və yüksəlmənizi təmin edəcək. Müvəffəqiyyətli olmaq üçün çox çalışmalısınız. Ən əhəmiyyətli şey çatmaq istədiyiniz hədəflərə kilidlənməniz. Çünki son bir neçə ildir Neptunun Balıqda olmasıyla, təşviq və yaradıcılıq kimi mövzularda çox yaxşısınız, lakin fəaliyyət sizin güclü tərəfiniz deyil. 10 Mart 2017 - dən sonra Mars sizin təşəbbüs almaq, qərar vermə gücünüzü artıracaq və zehni və şifahi qabiliyyətlərinizi gücləndirəcək. Onlardan yaxşı istifadə etsəniz qazanacaqsınız! Qazanma mövzusuna gəlincə: Veneranın Balığın pul evində retrograd hərəkət edərkən müvəqqəti olaraq əvvəl Marsla sonra da Günəş və Merkuri ilə qovuşması nəticəsində yaxşı pul qazana bilərsiniz, lakin xərcləriniz də çox olacaq! Mart 2017 Balıqların sağlamlığı mövzusunda əhəmiyyətli bir ay olacaq, çünki sağlamlıq evinizin idarəçisi Günəş Balıq bürcündə olacaq. Ümumiyyətlə bu ay sizin narahatlıqlarınızla deyil, daha çox tibbi problemləri həll etməyə meylli olacağınızla, diyetlərlə, müalicəylə və həyat gigiyenasıyla əlaqədar olacaq.
скачать dle 11.0фильмы бесплатно

Şərhlər 1

Kurşun от 2 Mart 2017 22:02
Qoç için teşekkür , umarım çox istediklerimi gorerem
innocent
Şərhin əlavə edilməsi

Şərh yazın

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
Okunamayan kodu yenilemek için resmin üstüne tıklayınız