Futbolun rekordları və gülünc anları

Futbolun rekordları və gülünc anları



İstanbul Atatürk Olimpiya stadionunda baş tutan "İstanbul BB" - "Gənclərbirliyi" matçı ən az azarkeşlə oyun keçirilən stadion olub. 81 min azarkeş tutumu olan stadionda keçirilən qarşılaşmanı 50 nəfər izləyib.

- 1894-1907-ci illərdə "Şeffild Yunayted", "Çelsi" və "Bradford Siti"də çıxış edən, İngiltərə millisində bir oyun keçirmiş Hanri Foulkenin 152 kq çəkisi olub.

- Almaniyanın II Bundesliqasında çıxış edən "1860 Münhen" baş məşqçisi Friedhelm Funkel peşəkar boksçudu.

- 2001-ci ildə Sidneydə keçirilən matçda Samoanı 31:0 hesabı ilə yenən Avstraliyanın 11 qoluna imza atan Arşie Tompson qırılması çətin olan rekorda imza atıb.

- Ən çox azarkeşin toplaşdığı dünya çempionatı matçı 1950-ci ildəki mundialın finalı olub. Braziliyanın "Marakana" stadionunda baş tutan Braziliya- Uruqvay matçını 199 min 854 nəfər canlı izləyib.

- Finlandiyanın məşhur futbolçularından olan Pentti 1986-cı ildə öz qapısına 5 qol vurub. Matçdan sonra komanda yoldaşları ona kompas hədiyyə edib.

- 1998-ci ildə ikinci liqa klubu "Jiul Petrosani"də çıxış edən rumın futbolçu İon Radu "Valkea" klubuna 500 kq ət qarşılığında satılıb.

- Maskerano Argentina millisinin formasını ilk dəfə geyinəndə - 16 iyul 2003-cü ildə hələ heç bir peşəkar klubda çıxış etməmişdi. Bundan bir müddət sonra isə o, "River Pleyt"in əsas heyətinə cəlb olunub.

- "Bournemout"un "Vrexham"la keçirdiyi oyunda meydana 84-cü dəqiqədə çıxan və 140 saniyədə 3 qol vuran Ceyms Hayter İngiltərə Futbol Liqasında ən tez het-trik edən futbolçudu. Premyer Liqada isə bu rekord Robbi Fovlerə aiddi. Məşhur ingils 1994-cü ildə 277 saniyədə 3 dəfə fərqlənib.

- Avropada azarkeş rekordu Şotlandiyayva məxsusdu. 1937-ci ildə "Hampden Park"da keçirilən ölək kubokunun "Seltik" - "Aberdeen" matçını 146 min 433 nəfər izləyib.

- Zədə səbəbindən "ən uzun müddət oynamayan ən bahalı futbolçu" "Milan"a "Real"dan 11 milyon dollara keçən Fernando Redondo olub. İtaliyada meydana çıxdığı ilk matçın 3-cü dəqiqəsində zədələnən futbolçu təxminən 2,5 il oynaya bilməmişdi. Redondo 2,74 milyon dolları, ona verilmiş evi və maşını geri qaytarmaq istəsə lə, klub qəbul etməmişdi.

- Matçın 60-cı dəqiqəsindən sonra futbolçuların infarkt keçirmək riski 44 faiz artır.

- Əfsanəvi ingils futbolçu Hari Lineker 20 illik karyerası ərzində sarı vərəqə almayıb.

- 1986 və 1990-cı illərdəki dünya çempionatlarında Argentina millisinin üzvlərinə toyuq əti yemək qadağan edilib. Səbəb isə guya toyuğun uğursuzluq gətirməsidi.

- Kolumbiya matçında 3 penaltidən yararlana bilməyən argentinalı Martin Palermo beynəlxalq bir matçda "ən çox penalti qaçıran" futbolçu kimi tarixə düşüb.

- 1992-ci ildə Səudiyyə Ərəbistanında 7 və daza çox qol buraxan klublara şallaq cəzası verilirdi.

- Vida matçında öz qapısına qol vuran yeganə futbolçu Frans Bekkenbauer olub.

- 1993-cü ildə Paraqvayda "Sportivo Ameliano" və "General Kaballero" klubları arasında keçirilən matçda 20 qırmızı vərəqə göstərilib.

- Hindistan 1950-ci ildəki dünya çempionatından imtina edib. Səbəb isə FIFA-nın hindistanlı futbolçulara ayaqyalın futbol oynamağa icazə verməməsi olub.

- "Villenhall Tovn Ladies" - "Burton Brevers" matçı "Ginness Rekordlar Kitabı"na düşüb. Orta hesabla hər 1,5 dəqiqədən bir qolun vurulduğu oyunda birincilər 57:0 hesablı qələbə qazanıb.

- 4 dəfə dünya çempionatına qatılan ABŞ yığmasının qapıçısı Kasey Keller maşınından qolf ağacını götürərkən ön dişlərini qırmışdı.

- "Trabzonspor" 1979/80 mövsümündə keçirdiyi 30 oyunda 25 qol vurub (orta hesabla hər matçda 0.833 qol) və çempion olub. Türkiyə klubu bu göstərici ilə "dünyanın ən neqativ çempionu" adını qazanıb.

- Karyerası ərzində vurduğu 63 penaltidən 16-sını boşa verən Herd Müller "dünyanın ən çox penalti qaçıran futbolçu" olub.

- Dünyanın ən sürətli het-trik müəllifi "Ross Kounti"nin keçmiş üzvü Tommi Rossdu. O, 1964-cü ildə "Viktroya Park"da keçirilən "Nairn Kounti" matçında 90 saniyədə 3 dəfə fərqlənib.

- Zimbabvedə ordu klubunda oynayan "Kone Tekstiles"in forvardı Elişa Banda sivil komandaya transfer olunandan sonra keçmiş komanda yoldaşları tərəfindən oğurlanıb. O, 8 gün ağır işgəncələrə məruz qaldıqdan sonra ağzı bağlı şəkildə Harare yaxınlığında tapılıb.

- UEFA Kubokunu qazanan "Sevilya"nın futbolçuları maraqlı hədiyyə ilə mükafatlandırılıb. Belə ki, yerli bir pivə fabriki futbolçulara özləri ağırlığında pivə verib. Belədə 85 kq çəkisi olan Andreas Palop 225 bokal pivə qazanıb.

1957-ci ildə "Çarlton" 75 dəqiqə 10 nəfərlə oynadığı və son yarım saata 1:5 hesablı yenilgi ilə girdiyi oyunda qələbə qazanıb - 7:6.

- 2002-ci ildə Madaqaskarın "Olimaik L`Emryne" klubunun oyunçuları çempion "AS Adema" ilə oyunda öz qapılarına 149 qol vurublar. Buna səbəb isə bundan əvvəlki oyunda hakimin verdiyi qərarlara etiraz etmək olub.

- 1973-ci ildə "Qalile" klubunun bütün oyunçuları İsrail çempionatındakı rəqiblərini döyüdüklərinə görə gecəni dəmir barmaqlıqlar arasında keçirməli olublar.

- Kot`D-İvuarın "ASEC Abidcan" klubu 1989-1994-cü illərdə ardıcıl 108 matçda yenilməyib.

- 1998-ci ildə ingilis hakim Martin Silvester futbolçuya yumruq atdığına görə özünə qırmızı vərəqə göstərib.

- 2002-ci ildə "Midlsbro"nun qapıçısı Malkolm Kristie "Mançester Yunayted"lə matçın dəqiqəsində qol vurduqdan sonra azarkeşlərə tərəf qaçıb. Lakin qol sevinci onun çənəsinin qırılması ilə nəticələnib.

- İtalyan forvard Luici Rivanın güclü zərbələrindən biri azarkeşin qolunun qırılması ilə nəticələnib.
Sosial Medyada Paylaş
28-12-2013, 12:00
Müəllif: sevme urek
Baxılıb: 334 dəfə
  

Xəbəri redaktə etdi Gulus - 28-12-2013, 12:00
Hörmətli ziyarətçi, Siz sayta istifadəçi adı ilə daxil olmamısınız. Sizə məsləhət görürük ki, qeydiyyat edin və ya istifadəçi adı ilə daxil olun.
XƏBƏR ÜÇÜN ŞƏRH QEYDLƏRİ
İstifadəçi saytdan çıxıb GÜNKA 28 dekabr 2013 17:03
Maraqlıdı təşəkkürlər 1
          5
İstifadəçi saytdan çıxıb _ToTo_ 28 dekabr 2013 14:32
Xebercun twk
          4
İstifadəçi saytdan çıxıb sevme urek 28 dekabr 2013 14:12
beyendiyinize sevindim dostlar.
--------------------
Əsl "Yar" "Yaradan"dır Qalanı Isə Yaralayan


          3
İstifadəçi saytdadır AğSaQqAL 28 dekabr 2013 14:01
Yeri var. Heqiqeten super xeber idi. Bele maraqli xeberlerini tez- tez gözldüyejem canim dostum.
--------------------
AĞLIMI BAŞIMDAN ALAN MƏLƏYİM... ÜRƏYİM SƏNƏ HƏDİYYƏ OLSUN♥♡♡♥
          2
İstifadəçi saytdan çıxıb KHAYYA`M 28 dekabr 2013 13:29
Futbolla maraqlnadiqim ucun hamisini maraqla oxudum ve bilmdediyim cox maraaqli ve gulmeli melumatlar var idi twkler
--------------------
          1

Məlumat

Hörmətli Qonaq, sizin qeydiyyatınız olmadığı üçün siz rəy yaza bilməzsiniz.Xahiş edirik qeydiyyatdan keçin.
ONLİNE
İndi saytda:
İstifadəçilər: 3
AğSaQqAL Buzdan_Gunesh
ExTraVaGanZzA

Axtarış robotları: 3
GooglebotYandex
Yahoo

Qonaqlar: 818
Ümumi: 824

Saytda olan son istifadəçilər:
Son 20 istifadəçi: 20
ADA Admin
Anus BLacK_DiaMonD
Ceci^^ Gold Rose
Goz_Yashi Jadore
KHAYYA`M LeSKa
Melik Cahan Nergiz Agayeva
Nergiz_Eliyeva Nice Girl
R.Aska Semlim
STeLLa BEauTIful Teboo
Tural winiamin

REKLAM
XƏBƏRÇİLƏR
Jadore
Xəbərlər: 371
 
Beautiful_Love
Xəbərlər: 179
 
_Kralica_
Xəbərlər: 88
 
_Nurten_
Xəbərlər: 17
 
Gold Rose
Xəbərlər: 12
 
ƏN VARLILAR
SAHIBSIZ MEZARLAR
Pul: 32357
Şərh.: 7851
_Kralica_
Pul: 17392
Şərh.: 3143
Beautiful_Love
Pul: 13866
Şərh.: 4647
ŞƏRHÇİLƏR
Ceci^^
Şərhlər: 453
 
Beautiful_Love
Şərhlər: 287
 
ExTraVaGanZzA
Şərhlər: 88
 
Jadore
Şərhlər: 80
 
Nara2000
Şərhlər: 52
 
FORUMÇULAR
ROONEY
Mesajlar: 4657
Tabl
Mesajlar: 2199
sevme urek
Mesajlar: 1989
Beautiful_Love
Mesajlar: 1800
Wander wanted
Mesajlar: 1783
SORĞU

İstifadə etdiyiniz Sosial Şəbəkə hansıdır ?
1. Facebook
2. Qzone
3. Vkontakte
4. Tencent Weibo
5. Sina Weibo
6. Twitter
7. LinkedIn
8. Odnoklassniki
9. Zing
10. Drauggem
Bütün sorğular

GÜNLÜK STATİSTİKA
   

XƏBƏR LENTİ