Avtoqəzada SDU-nun tələbələri dünyasını dəyişdi - VİDEO (YENİLƏNDİ!!!) Xəstəxanaya gətirilən yaralıların - Siyahısı

Avtoqəzada SDU-nun tələbələri dünyasını dəyişdi - VİDEO (YENİLƏNDİ!!!) Xəstəxanaya gətirilən yaralıların  - Siyahısı

Abşeron rayonu ərazisində ağır yol-nəqliyyat hadisəsi baş verib. Abşeron rayon Təcili Yardım Stansiyasından bildirilib ki, ilkin məlumata görə, qəzada 3 nəfər ölüb, 4 nəfər isə yaralanıb. "Ford-Tranzit” markalı sərnişin mikroavtobusu yolun kənarındakı maneəyə çırpılıb.
İkin məlumata görə, hadisə nəticəsində xəsarət alanlar var. Qəza yerinə yol polisi və təcili tibbi yardım maşınları cəlb olunub.
Yolda avtomobillərin sıxlığı yaranıb.
Baş Dövlət Yol Polisi İdarəsindən verilən məlumata görə, qəza Bakı-Sumqayıt yolunda baş verib. Məlumata görə, Bakıdan Sumqayıta gedən mikroavtobusun sürücüsü yola çıxan piyadanı vurmamaq üçün manevr etmək istəyib, nəticədə mikroavtobus maneəyə çırpılıb. Hadisə yerində yol polisi işləyir.
İdarədən qəza nəticəsində xəsarət alanların və dünyasını dəyişənlərin olduğu bildirilib.



Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Liya Bayramova APA-ya bildirib ki, hadisə nəticəsində ölənlərin sayı 5-ə çatıb.

Onlardan 2-si hadisə yerində, qalanları xəstəxanalarda ölüb.

Hadisədə yaralananlardan 17 nəfər Sumqayıt Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına gətirilib, 2-nə yerində yardım göstərilib. Onlardan çoxunun vəziyyəti orta-ağır dərəcədədir.

Yaralananlardan 4 nəfər isə Klinik Tibbi Mərkəzə aparılıb. Onlardan 1-i xəstəxanada dünyasını dəyişib, 2-nin vəziyyəti hazırda ağırdır və reanimasiyadadır.

Yaralıların olduğu bütün xəstəxanalara Səhiyyə Nazirliyinin mütəxəssisləri cəlb olunub.

Bakı-Sumqayıt yolunda baş verən yol-nəqliyyat hadisəsi zamanı ölənlərdən ikisi Sumqayıt Dövlət Universitetinin tələbəsidir.

Universitetdən APA-ya verilən məlumata görə, ölənlərdən ikisi - Nəsibov İbrahim və Quliyev İbrahim Universitetin Fizika və elektroenergetika fakültəsinin 3-cü kursunda təhsil alıb.

***

Bakı-Sumqayıt yolunda dəhşətli yol-nəqliyyat hadisəsi baş verib.

"Qaynar" bakipost-a istinadən xəbər verir ki, şosenin Masazır dairəsindəki körpünün üstündə sərnişin daşıyan mikroavtobus dəmir məhəccərə çırpılıb. Nəticədə ölən və xəsarət alanların olduğu bildirilir.

APA-nın məlumatına görə, “Ford-Tranzit” markalı sərnişin mikroavtobusunun törətdiyi qəza yerinə yol polisi və təcili tibbi yardım maşınları cəlb olunub.

İlkin məlumata görə, 3 nəfərin öldüyü, 10-dək şəxsin xəsarət aldığı bildirilir.

Səhiyyə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədova “Report”a açıqlamasında bildirib ki, ölənlərdən biri qız, ikisi oğlandır.

O qeyd edib ki, hər üç şəxs hadisə yerində dünyasını dəyişib.

Sumqayıt Dövlət Universitetinin (SDU) mətbuat xidmətinin rəhbəri Nazxanım Cəlilova AzVision.az-a bildirib ki, ölənlərdən ikisi onların tələbəsidir.

Fizika fakültəsinin 3-cü kurs tələbələri Quliyev İbrahim və Nəsibov İbrahim qəza zamanı dünyasını dəyişib. Bir neçə tələbə isə müxtəlif dərəcəli bədən xəsarəti alaraq xəstəxanaya yerlşdirilib.

Hal-hazırda Sumqayıt Dövlət Universitetinin rektoru, prorektorlar və dekanlar hadisə yerinə gəliblər.

İlkin məlumatda mikroavtobusun yola çıxan piyadanı vurmamaq üçün manevr edərkən yolun kənarındakı maneəyə çırpıldığı bildirilsə də, araşdırma zamanı məlum olub ki, mikroavtobus yolun kənarında dayanmış yük avtomobilinə çırpılıb.

Qəza səbəbindən Bakı-Sumqayıt yolunda uzun tıxac yaranıb, nəqliyyatın hərəkəti müvəqqəti dayanıb.


Bakı-Sumqayıt yolunda baş verən qəza nəticəsində xəsarət alan 17 nəfərin adları açıqlanıb - Babayev Orxan Xəqani oğlu, Mirzəyeva Mina, Qocayev Nicat Faiq oğlu, Cəfərova Aytən Əliyulla qızı, Əsgərli Oqtay Etibar oğlu, Fərzəliyeva Xavər Məlik qızı, Tağıyev Samir Məhəd oğlu, Cəbiyev Əfsər Əli oğlu, Manafov Bəybala Vüqar oğlu, Kərimova Təranə Şair qızı, Həsənov Elgiz Sərvər oğlu, Məmmədov Məhəmməd Şahin oğlu, Quluzadə Aytən Altay qızı, Baxışova İlahə Azər qızı, Amani Abbas Esmalı, Əliyev Elvin Rəşad oğlu, Mürsəlzdə Aydan Zahir qızı Sumqayıt Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib. Xeberle.com

.скачать dle 11.0фильмы бесплатно

Şərhlər 1

sevenfly
sevenfly от 30 Mart 2017 11:38
Luxottica owns both Oakley and Ray-Ban cheap oakley sunglasses, and in 2016 Luxottica oakley replica integrated Oakley into its infrastructure instead of having it run as a stand-alone oakley outlet company. Oakley no longer has its own independent, executive leadership team.
Şərhin əlavə edilməsi

Şərh yazın

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
Okunamayan kodu yenilemek için resmin üstüne tıklayınız